Basketbolun 3x3 növü üzrə yığma komandamız vətənə qayıtdı
07 iyun 2022 1169
Dünən gecə saatlarında 3x3 basketbol üzrə millimiz Kiprin Limassol şəhərindən vətənə qayıtdılar. Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanmış komandamızın kapitanı Amil Həmzəyev və əsas oyunçularımızdan sayılan Orxan Hacıyeva yarış barəsində öz fikirlərini mediya nümayəndələri ilə bölüşüblər. İlk öncə yığmamızın üzvləri yarışa hazırlıq məqsədi daşıyan Serbiyada bir ay davam edən təlim-məşq toplanışından danışıblar. Avropa çempionatına vəsiqə qazanmağın onlar üçün 8 illik fasilədən sonra ikinci böyük bir uğur olduğunu bildiriblər. Sonda isə növbəti hədəfin iyun ayının 28-i əsas basketbol üzrə Maltada baş tutacaq yarışa hazırlaşmaq olduğunu söyləyərək fikirlərini tamamlayıblar.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı