Batumi sınaqlarının qəhrəmanları Vətəndə
24 sentyabr 2023 207

Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edən qızlardan ibarət komandamız Vətənə qayıdıb. Stolüstü tennisçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda ASTF-nin rəsmiləri və idmançıların doğmaları qarşılayıblar. Xatırladaq ki, məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət komanda turniri 2-si gümüş, 7-si bürünc olmaqla 9 medalla başa vurub. Onu da, qeyd edək ki, idmançılarımız yarış zamanı qarşılaşdıqları 8 erməni rəqibi məğlubiyyətə uğradıblar.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı