Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş mədəni-kütləvi tədbir keçirilib
04 mart 2024 928
5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş “İdman gimnastikadan başlayır” adlı mədəni-kütləvi tədbir keçirilib.
Tədbir zamanı müxtəlif gimnastika növlərindən ibarət nümunəvi çıxışlar olub.
Belə ki, gənc gimnastlar idman gimnastikası, akrobatika gimnastikası və bədii gimnastika növləri üzrə öz məharətlərini nümayiş etdiriblər.
Gənc gimnastlarla bərabər, veteran gimnastların çıxışları da xüsusi marağa səbəb olub.
Mərasim bədii hissə ilə davam edib.
Sonda isə iştirakçılar Bakı şəhər Gənclər və İdman idarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, mədəni-kütləvi tədbir Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə Gənclər və İdman sektoru, eləcə də İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı


