Bədii gimnastika üzrə Azərbaycan yığması Avropa kubokunda geniş heyətlə təmsil olunacaq
23 aprel 2025 596
Bədii gimnastika üzrə Azərbaycan yığması Bakıda keçiriləcək Avropa kubokunda geniş heyətlə təmsil olunacaq.
Böyüklər arasında fərdi yarışda Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələrin yarışında isə Şəms Ağahüseynova, Azadə Atakişiyeva və Fidan Qurbanlı mübarizə aparacaqlar.
Turnirin ev sahibləri qrup yarışlarında da təmsil olunacaqlar. Böyüklərdən ibarət komandada Ləman Əlimuradova, Daria Sorokina, Yelizaveta Luzan, Sofi Məmmədova, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alacaqlar.
Yeniyetmələr qrupunun heyətinə Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Şəms Müvəffəqi və Röya Alıkişiyeva daxil edilib.
Qeyd edək ki, mayın 1-4-də keçiriləcək Avropa kubokunda 23 ölkədən gimnastlar çıxış edəcəklər.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı