Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyində ilk qaliblər müəyyənləşib
09 dekabr 2024 973
Bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə start verilib.
Yarışda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar qüvvələrini sınayırlar.
Çempionatda idmançılar balacalar (2014-2016), yeniyetmələr (2011-2013) və gənclər (2010-2011) yaş kateqoriyalarında mübarizə aparırlar.
İlk günün qalibləri fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşib. Yer tutanlar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Milli Gimnastika Arenasında keçirilən turnirə dekabrın 11-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı