Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa Kubokunda bürünc medal qazandı
05 may 2024 1373
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda ilk dəfə keçirilən Avropa Kubokunda növbəti medalını qazanıb. Yığmamız 3 lent və 2 topla hərəkətlərdə bürünc medala sahib çıxıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayıb.
Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata sahib çıxıb.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı