Bədii gimnastlarımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar
26 may 2024 1083
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Yığmamız Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında buna nail olub.
Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib.
Yığmamız 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komandamız olimpiadaya vəsiqə qazanıb.
Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, bədii gimnastlarımızdan Zöhrə Ağamirova da fərdi yarışlarda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı