Bədii üzgüçülük üzrə Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazandı
22 may 2024 1328
Bədii üzgüçülük üzrə Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdən 31 medalla vətənə dönüblər.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə 8 ölkədən 15 klubun, 200 dən çox idmançının qatıldığı turnirdə idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar.
Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmanşılarımız ən yüksək nəticələrini göstəriblər.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı