Bəhreyndə Gimnaziada İdman Oyunlarının bağlanış mərasimi keçirilib
30 oktyabr 2024 893
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarının bağlanış mərasimi olub.
Tədbirdə ilk olaraq iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Daha sonra Bəhreynin təhsil naziri Mohammad bin Mubarak Cuma və Beynəlxalq Məktəb İdmanı Federasiyasının birinci vitse-prezidenti Yusif Belqasimi çıxış ediblər.
Rəsmi çıxışlardan sonra Gimnaziada İdman Oyunlarına rəsmən yekun vurulub.
Bağlanış mərasimi bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan 16 növ - aerobika, bədii və idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadanı 26-sı qızıl, 26-sı gümüş, 29-u bürünc olmaqla, ümumilikdə 81 medalla başa vurub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
