Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub
21 yanvar 2025 885
Belçikanın Vise şəhərində keçiriləcək Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunacaq.
Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kiloqram), Aydan Vəliyeva, Xədicə Qədəşova, Fidan Qasımova (hamısı 52 kiloqram), Acelya Toprak, Fidan Əlizadə, Aytən Verdiyeva (hamısı 57 kiloqram), Nərgiz Hacıyeva (63 kiloqram), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kiloqram), Nigar Süleymanova (+78 kiloqram) qüvvəsini sınayacaq.
Kişilərin yarışında isə Murad Muradlı (60 kiloqram), Elşən Əsədov, Nazir Talıbov (hər ikisi 66 kiloqram), Nəriman Mirzəyev, Qadir Hüseynov, İbrahim Əliyev, Aydın Rzayev, Rüfət Şövlətov (hamısı 73 kiloqram), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Süleyman Şükürov (hamısı 81 kiloqram), Nihad Şıxəlizadə (100 kiloqram), İmran Yusifov, Camal Feyziyev (hər ikisi +100 kiloqram) bacarığını göstərəcək.
Qeyd edək ki, 24 ölkədən 800-dən çox idmançının iştirak edəcəyi turnir yanvarın 25-26-da təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı