Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
24 sentyabr 2026 - 11:57 17
Berlin 2036-cı, 2040-cı və ya 2044-cü illərdə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməklə bağlı namizədliyini geri götürmək qərarına gəlib.
Bu barədə Berlin və Brandenburqun ictimai yayım qurumu “rbb” məlumat yayıb.
Bildirildiyinə görə, qərar Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) sentyabrın 26-da keçiriləcək səsverməsindən əvvəl rəsmiləşdiriləcək.
Berlin namizədliyini Brandenburq, Saksoniya və Meklenburq-Ön Pomeraniya ilə birlikdə irəli sürmüşdü. DOSB-nin qiymətləndirməsindən sonra paytaxtın namizədliyi sonuncu pillədə qərarlaşıb. Bundan başqa, Berlində sentyabrın 20-də keçirilən seçkilərdə qalib gələn Sol Partiyanın namizədi Elif Eralp paytaxtda Olimpiya Oyunlarının keçirilməsinə qarşı çıxıb.
Beləliklə, Almaniyanın namizədliyi uğrunda mübarizədə hazırda təkcə Münxen və Köln-Reyn-Rur qalır. DOSB-nin yekun qərarının sentyabrın 26-da Baden-Badendə qəbul ediləcəyi gözlənilir. 2036-cı il Olimpiya və Paralimpiya Oyunlarının ev sahibi ölkənin 2029-cu ilin ortalarında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala ... Ətraflı
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Növləri ... Ətraflı