Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07 oktyabr 2026 - 11:34 17
Beynəlxalq Cüdo Federasiyasının (BCF) səfiri, gimnastika üzrə beşqat Olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının iştirakçılarına videomüraciət ünvanlayıb.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, o, idmançı təcrübəsinə istinad edərək böyük nailiyyətlərin əsasında nizam-intizam, cəsarət və əzmkarlığın dayandığını vurğulayıb.
Komaneçi mundialda mübarizə aparan cüdoçulara səslənib: “Bakıda yarışan bütün idmançılara demək istəyirəm: qürurla mübarizə aparın, rəqiblərinizə hörmət edin və tatamidə əlinizdən gələni əsirgəməyin. Medallarla yanaşı, nümayiş etdirdiyimiz xarakter və gələcək nəslə verdiyimiz ilham da yadda qalır”.
Beşqat Olimpiya çempionu müraciətinin sonunda bütün iştirakçılara unudulmaz dünya çempionatı arzulayıb.
Bənzər xəbərlər
Azərbaycanın 4 cüdoçusu dünya çempionatının dördüncü günündə mübarizə aparacaq
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 7-də ... Ətraflı
Dünya çempionatı: Hidayət Heydərov və daha iki Azərbaycan cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün ... Ətraflı