Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub
20 iyun 2025 - 10:20 604
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi mübarizələrin son günündə bayraq təslimetmə mərasimi baş tutub.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı təntənəli surətdə 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.
Bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəbul edib. Mərasimdə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Beynəlxalq Cüdo Federasiyasının baş katibi Liza Allan və digər rəsmilər iştirak ediblər.
Cüdo üzrə dünya çempionatı Bakıda gələn il 9-16 iyul tarixlərində keçiriləcək. Fərdi yarışlar 9-15 iyulda, qarışıq komanda yarışı isə 16 iyulda təşkil olunacaq. Bakı bu mötəbər turnirə ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə baş tutmuşdu.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı