Xəbərlər

Beynəlxalq Olimpiya Komitəsi Qoşulmama Hərəkatının Bakı Bəyannaməsini alqışlayıb

08 iyul 2023 204

BOK-un prezidenti Tomas Bax Bəyannamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Prezident İlham Əliyevə təşəkkür edib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakıda qəbul olunan Bəyannaməsini alqışlayıb. AZƏRTAC-ın yaydığı xəbərə görə, BOK prezidenti Tomas Bax göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatına  minnətdarlıq edib. “BOK Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstəyini ürəkdən alqışlayır. Olimpiya Oyunlarının birləşdirici missiyasına bu güclü bağlılıq bizi çox ruhlandırır. Bu mühüm qətnamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə Tomas Bax vurğulayıb. Yekdilliklə qəbul edilən Bəyannamədə vurğulanır ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı bəşəriyyətin birliyinin güclü rəmzi olacaq.