Beynəlxalq Olimpiya Komitəsindən Mehman Kərimovun vəfatı ilə bağlı başsağlığı məktubu göndərilib
11 oktyabr 2025 - 23:55 36

Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimovun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı məktubu göndərilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, məktubda deyilir:
Hörmətli, cənab Prezident,
Hörmətli, cənab baş katib.
Mehman Kərimovun vəfatı xəbərini dərin kədərlə qarşıladım. O, ömrünü idman və təhsilə həsr etmiş, Olimpiya dəyərlərinin Avropa və onun hüdudlarından kənarda da inkişafına mühüm töhfələr vermiş ilhamverici bir lider idi. Onun fəaliyyəti sayəsində xeyli sayda gənclər öyrənmək, əlaqələr qurmaq və inkişaf etmək üçün imkanlar əldə etdilər. Bu, gələcək nəsillər üçün davamlı olacaq dəyərli bir irsdir.
Mehman Kərimovun OCEP-dəki (Olimpiya Mədəniyyəti və Təhsil Proqramı) rəhbərliyi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsindəki səyləri və təhlükəsiz idmanın təmin olunması istiqamətində gördüyü işlər çoxsaylı insanların həyatına təsir göstərdi. Mən onunla Bakıda keçirilən Avropa Oyunlarında çalışmaq şərəfinə nail olmuşam və hər zaman onun enerjisini, səxavətini və hər kəsin içindəki ən yaxşı cəhətləri üzə çıxarmaq bacarığını xatırlayacağam.
Bu çətin zamanda dərin hüznlə başsağlığı verirəm. Düşüncələrim onun ailəsi və yaxınlarının yanındadır. Ümid edirəm ki, onun necə böyük rəğbət qazandığını və ətrafındakı insanlara necə dəyər verdiyini bilmək sizə bir qədər təsəlli gətirər.
Dərin hörmət və ehtiramla,
Ceyms Makleod,
Beynəlxalq Olimpiya Komitəsinin Milli Olimpiya Komitələri ilə Əlaqələr, Olimpiya Həmrəyliyi və Olympism365 proqramının direktoru
Bənzər xəbərlər

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atletika yarışları keçirilib
2025-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular ... Ətraflı

Pirallahıda Triatlon üzrə ölkə çempionatı keçirildi
Oktyabrın 11-i Pirallahıda yerləşən Nərəkənd parkında Azərbaycan Respublikası Gənclər və ... Ətraflı