Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Azərbaycan İdman Akademiyasında təlim keçib
16 fevral 2025 930
Fevralın 16-da Böyük Britaniyanın UCL Universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmorun “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlimi yekunlaşıb.
Təlimçi Maykl Luzmor 3 gün ərzində idman sektorunda çalışan həkimlərə dizin təkamülü, onun anatomiyası və diz biotexnikası, medial kollateral bağ və s. haqqında ətraflı məlumat verib.
Həmçinin britaniyalı professor təlim prosesində təcrübələrini əyani formada nümayiş etdirib.
Professor Maykl Luzmor və iştirakçılar təlimin təşkilinə görə Azərbaycan İdman Akademiyasının rəhbərliyinə təşəkkür ediblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı