Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib
08 avqust 2024 1142
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial media hesablarında Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib.
"olympic.az" xəbər verir ki, paylaşımda deyilir:
“Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı
