Xəbərlər

BOK Milli Olimpiya Komitəsinin əməkdaşının fəaliyyətini yüksək qiymətləndirib

11 sentyabr 2025 - 17:16 46

Bakıda keçirilən birinci Avropa Oyunlarının 10-cu ildönümü münasibətilə Olimpiya Hərəkatının təbliği və inkişafındakı fəaliyyətinə görə Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimova  Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təbrik məktubu ünvanlanıb.

 

Milli Olimpiya Komitələri ilə Əlaqələr, Olimpiya Həmrəyliyi və Olimpizm365 üzrə direktor Ceyms Mklodun ünvanladığı məktubda Mehman Kərimovun gənclərə ilham verməsini və Avropada Olimpiya dəyərlərinin təbliğində xüsusi rolunu vurğulayıb.

 

Məktubda qeyd olunub ki, Mehman Kərimovun rəhbərliyi ilə həyata keçirilən Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) minlərlə azərbaycanlı tələbəyə Olimpiya təhsili qazandıraraq, gələcək nəslin həyatında silinməz iz qoyub.

 

Məktubda Mehman Kərimovun 2019-cu ildə Bakıda Rəqəmsal Kommunikasiya və sosial şəbəkələr üzrə seminarlar təşkil etməklə, milli şirkətlərə rəqəmsal təcrübənin inkişafında dəstək verməsi, xüsusən də Paris-2024 Yay Olimpiya Oyunlarından sonra bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsi sahəsindəki fəaliyyəti qeyd olunub.

 

Mklod məktubda həmçinin, Mehman Kərimovun Təhlükəsiz İdman sahəsində gördüyü işlərə və Beynəlxalq Olimpiya Komitəsinin təhlükəsizlik üzrə sertifikatını almasına da diqqət çəkib: “Müdafiə mexanizmlərinin hazırlanmasında və BOK-un təhlükəsizlik işçisi sertifikatının alınmasında özünü göstərən Təhlükəsiz idmana olan bağlılığınız idmançıların və Olimpiya cəmiyyətinin rifahına sadiqliyinizi nümayiş etdirir. Liderliyinizə və Olimpiya dəyərlərinin əsl səfiri olduğunuza görə təşəkkür edirəm. Ümid edirik ki, idmanla daha yaxşı bir dünya qurmağa töhfə verməyə davam edəcəksiniz”, - deyə məktubda bildirilib.

 

Qeyd edək ki, Mehman Kərimov Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri kimi ölkəmizin Olimpiya Hərəkatının inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində fəal sürətdə çalışır. 

 

Mehman Kərimov müxtəlif beynəlxalq yarışlarda missya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin, MOK-un bir sıra komissiyalarının üzvü kimi fəaliyyət göstərib.

 

O, 2018-ci ildə “Olympic Moves – Azerbaijan” proqramının təşkilində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.

 

Mehman Kərimovun fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də Olimpiya Mədəniyyəti və Təhsil Proqramıdır (OCEP). Mehman Kərimov Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə Bakı-2015  Avropa Oyunlarının 10 illik yubileyinə həsr olunmuş "Süni intellekt (AI) və İdmanda İnnovasiya" müsabiqəsinə və Beynəlxalq Olimpiya Komitəsinin “Təhlükəsizlik İdman üzrə İnspektor” proqramına üzv qəbul olub.

11 sentyabr 2025

Azərbaycanın iki boksçusu dünya çempionatının yarımfinalında döyüşəcək

10 sentyabr 2025

Formula 1 Azərbaycan Qran-Prisi zamanı 12 mindən çox

10 sentyabr 2025

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat

10 sentyabr 2025

Azərbaycanın çimərlik voleybolu üzrə millisi Avropa çempionatında əsas

10 sentyabr 2025

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq yarışa təyinat alıb

10 sentyabr 2025

Azərbaycan millisinin məşqçisi: Gimnastlarımız MDB Oyunlarına yüksək motivasiya

10 sentyabr 2025

Cənubi Afrika hökuməti Formula 1 Qran-Prisinin keçirilməsi üçün

10 sentyabr 2025

Alfonso Dominqes dünya çempionatında yarımfinala vəsiqə qazanıb

09 sentyabr 2025

Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi

09 sentyabr 2025

Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər

09 sentyabr 2025

Monzada “McLaren” mexanikləri mövsümün ən sürətli pit-stopunu həyata

09 sentyabr 2025

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

09 sentyabr 2025

Airbadminton üzrə Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanıb

09 sentyabr 2025

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlığa

09 sentyabr 2025

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatına yollanıblar