Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
03 noyabr 2026 - 03:18 19
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçumuz İbrahim Talıbov, yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov və komandanın həkimi Şahin Məmmədov Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində Milli Olimpiya Komitəsinin, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə qızıl medalı komandamıza cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb.
Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
"Azərbaycana Yeniyetmələrin Yay Olimpiya Oyunların növbəti medalını gətirdiyimiz üçün çox ... Ətraflı
İbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
“Müəllimlərimə və ailəmə çempion olacağıma söz vermişdim. Sözümə əməl etdim, ... Ətraflı




















