Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
03 noyabr 2026 - 03:39 16
"Azərbaycana Yeniyetmələrin Yay Olimpiya Oyunların növbəti medalını gətirdiyimiz üçün çox sevinirəm".
Bu sözləri yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Buenos-Ayresdə keçirilən 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Vüqar Talıbovun qazandığı çempionluqdan səkkiz il sonra bu uğuru İbrahim Talıbovun təkrarlaması Azərbaycan idmanı üçün sevindirici hadisədir:
“Hamınızı təbrik edirəm. Həqiqətən də, bu, çox sevindirici haldır. 2018-ci ildə Buenos-Ayresdə yeniyetmələr arasında sonuncu Olimpiya çempionumuz Vüqar Talıbov olmuşdu. Səkkiz il keçdikdən sonra eyni soyadlı idmançı, İbrahim Talıbov həmin tarixi qələbəni təkrarladı. Yeniyetmələrin Olimpiya Oyunları böyük idman bayramıdır. Bu, yarış idmançıların inkişafı üçün olduqca əhəmiyyətlidir. İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq".
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl ... Ətraflı
İbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
“Müəllimlərimə və ailəmə çempion olacağıma söz vermişdim. Sözümə əməl etdim, ... Ətraflı
