İbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
03 noyabr 2026 - 03:44 18
“Müəllimlərimə və ailəmə çempion olacağıma söz vermişdim. Sözümə əməl etdim, bayrağımızı yüksəklərə qaldırdım”.
Bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının cüdo yarışlarında -55 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan idmançısı İbrahim Talıbov deyib.
O qeyd edib ki, yarışa yüksək səviyyədə hazırlaşaraq, qarşıya qoyduğu məqsədə çatmaq üçün əzmlə çalışıb: “Yarışdan əvvəl yaxşı hazırlıq keçmişdik. Özümə inanırdım və çempion olacağıma əmin idim. Keçirdiyim görüşlər arasında final qarşılaşması digərlərinə nisbətən bir qədər çətin oldu. Ancaq sona qədər mübarizə apararaq qələbə qazandım. Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır".
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl ... Ətraflı
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
"Azərbaycana Yeniyetmələrin Yay Olimpiya Oyunların növbəti medalını gətirdiyimiz üçün çox ... Ətraflı




