BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
08 iyul 2026 - 09:45 5090
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib.
BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın müvəqqəti olaraq ləğv edildiyini açıqlayıb.
Təşkilat qeyd edib ki, Rusiya idmançıları və komandalarının iştirakı ilə bağlı bundan əvvəl tövsiyə edilən şərtlər, o cümlədən qoruyucu tədbirlər artıq tətbiq olunmur.
Eyni zamanda, Olimpiya Oyunlarında Rusiya bayrağının, himninin, milli rənglərinin və digər dövlət rəmzlərinin istifadəsi ilə bağlı qərar daha sonra veriləcək. BOK, həmçinin vurğulayıb ki, beynəlxalq yarışlara qayıdan bütün Rusiya idmançıları antidopinq tələblərinə cavab verməlidirlər.
Bundan əlavə, komitə Rusiya ərazisində öz himayəsi altında tədbirlər təşkil etməyəcək və Rusiya hökumətinin rəsmilərini tədbirlərinə dəvət etməyəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı