Boks üzrə Azərbaycan birinciliyinə start veriləcək
01 noyabr 2023 3522
Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.
Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandanın 227 oğlan boksçusu qatılacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva jüri funksiyasını yerinə yetirəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı ... Ətraflı
Bacı-qardaş Dünya çempionatında gümüş medal qazandı
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya ... Ətraflı