Boks üzrə ölkə birinciliyi yekunlaşdı
10 fevral 2025 322

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən turnirin son günündə oğlanlar arasında 14, qızlarda 7 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil edilən yarışda komanda hesabında “Neftçi” İdman Klubu 4 qızıl və 2 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Qızıl əlcək” İK (3-0-1) yiyələndib. Naxçıvan MR (2-0-0) isə üçüncü yerə sahib çıxıb. Birincilikdə ən yaxşı boksçu adına Əli Əliyev (Gəncə) layiq görülüb. Ən yaxşı məşqçi Vüsal Gözəlov (DİN İC), ən yaxşı hakim isə Stanislav Krılov seçilib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı