Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq
21 iyun 2024 993
İyunun 23-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Ağası Məmmədov birincilikdə Ayxan Həsənov (46 kq), Nihat Qasımov (48 kq), Zakir Həsənzadə (50 kq), Əli Baxışov (52 kq), Şahin Aslanov (57 kq), Vüsal Xəlilov (60 kq), Kənan Aslanlı (63 kq), Adil Zalov (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əli Məmişov (80 kq) və Səftər Məmmədzadəyə (+80 kq) şans verəcək.
Qızlardan ibarət millinin məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Banuçiçək Nəsirli (46 kq), Aylin Nəzərova (48 kq), Aysun Mikayılova (50 kq), Əminə Tağı (52 kq), Mədinə Məmmədova (57 kq) və Dəniz Babayeva rinqə çıxacaqlar.
Yarışda beynəlxalq dərəcəli Emil Qurbanəliyev ədaləti qoruyacaq.
Qeyd edək ki, Sarayevoya bu gün yollanan komandamız iyulun 1-də Bakıya qayıdacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı