Boksçumuz lisenziyanın bir addımlığında
29 may 2024 1027
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb. 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 final çərçicəsində Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.
Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib. Malik bu qələbə ilə İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində Tayfur Əliyevi məğlub edən yapondan revanş da alıb.
Boksçumuz növbəti görüşdə də qalib gələcəyi halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. O, mayın 31-də 1/4 finalda Xose Manuel Viafaranı (Kolumbiya) sınağa çəkəcək.
Qeyd edək ki, hələlik boks millimizin hesabında 3 lisenziya var.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı