“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
01 may 2025 1010
Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb.
Cüdo Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
İlk görüşlərdə Balabəy Ağayev (60 kiloqram) Muhammad Fathur Rohman (İndoneziya) / Aciti Dombuu (IJF) cütünün qalibi, Yaşar Nəcəfov (66 kiloqram) Exson Safarzoda (Tacikistan), Vüsal Qələndərzadə (73 kiloqram) Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) duelinin güclüsü, Süleyman Şükürov (81 kiloqram) Batsuqar Qansux (Monqolustan), Vüqar Talıbov (90 kiloqram) Nikoloz Davladze (Gürcüstan), Elcan Hacıyev (90 kiloqram) Muzamir Karimzoda (Tacikistan), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) isə müvafiq olaraq, Artyom Zolotuxin (IJF) və Rahmatullo Mirzoyev (Tacikistan) ilə qarşılaşacaq. Cüdoçularımız mübarizəyə 1/8 finaldan start verəcəklər.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 2-də başlayacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı