"Böyük Dəbilqə": Bu gün 11 cüdoçumuz tatami üzərinə çıxacaq
15 fevral 2025 834
Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın 11 təmsilçisi tatami üzərinə çıxacaq.
Kişilərdən Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qadir Hüseynov (hamısı 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev və Süleyman Şükürov (hamısı 81 kq) mübarizəyə qoşulacaq.
Qadınlardan isə Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır.
Azərbaycan komandası yarışda 32 idmançı ilə təmsil olunur.
Yarışın ilk günündə cüdoçularımızdan Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı