"Böyük Dəbilqə": Cüdoçularımız günü medalsız başa vurdular
03 may 2025 852
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində ikinci yarış gününə yekun vurulub.
Bu gün Azərbaycan komandasının daha iki üzvü tatami üzərinə çıxıb.
Təəssüf ki, təmsilçilərimizdən heç biri mükafatçılar sırasında yer almayıb.
Komandamızın üzvlərindən Süleyman Şükürov (-81 kq) bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Kote Kapanadzeyə məğlub olaraq beşinci yerlə kifayətlənib.
Mübarizəyə 1/8 finaldan başlayan və ilk görüşü məğlubiyyətlə başa vuran millimizin digər üzvü Vüsal Qələndərzadə (-73 kq) üçün də turnir uğurlu alınmayıb. O, bürünc medal uğrunda təsəlliverici görüşdə zədələndiyi üçün qarşılaşmaya çıxmayıb. Federasiyadan aldığımız məlumata görə, cüdoçumuz qabırğası sındığına görə 2-3 ay müddətinə tatamidən kənarda qalacaq.
Xatırladaq ki, 27 ölkədən 226 (123 kişi, 103 qadın) cüdoçunun iştirak etdiyi yarışda komandamızın aktivində bir qızıl medal var.
Yeganə medalı ölkəmizə -60 kq çəki dərəcəsində tatami üzərinə çıxan Balabəy Ağayev qazandırıb. Turnirə sabah yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı