"Böyük İpək Yolu" turniri: 11 boksçumuz qızıl medalın bir addımlığında
15 aprel 2025 620
Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq boks turnirində Azərbaycan millisinin üzvləri uğurlu çıxışlarını davam etdirirlər. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın yarımfinal mərhələsində kişi və qadın boksçularımızdan ümumilikdə 11 nəfər final mərhələsinə vəsiqə qazanıb.
Kişi boksçular arasında Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) final mərhələsinə adlayıblar.
Yarımfinalda uduzan Şamil Əsgərov (60 kq), Tağı Nəsibov (60 kq), Ruslan Rüstəmov (63,5 kq) və Məmməd Quliyev (86 kq) isə bürünc medalla kifayətləniblər.
Qadın boksçular arasında da uğurlu nəticələr əldə olunub. Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (52 kq) və Aynur Rzayeva (+81 kq) finala yüksəliblər. Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) isə turniri üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Kamboca və Beynəlxalq Boks Assosiasiyasının (IBA) komandasını təmsil edən idmançılar iştirak edirlər. Turnirin final döyüşləri bu gün baş tutacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı