Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05 oktyabr 2026 - 12:30 188
Sentyabrın 3-də Brisben 2032 Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqoları təqdim olunub.
Hər iki loqo eyni ümumi dizaynı paylaşsa da, fərqli rənglərlə seçilir və hər ikisi Kvinslendin kakadu quşlarından ilhamlanaraq hazırlanıb. Olimpiya versiyası rənglərini çəhrayı kakadudan, Paralimpiya dizaynı isə sarı-kəkilli kakadudan alır. Avstraliyaya xas kakadu quşundan ilhamlanan dizayn Olimpiya və Paralimpiya məşəlini, eyni zamanda ev sahibi Kvinslendin özünəməxsus ruhunu əks etdirib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı