Xəbərlər

Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

12 noyabr 2026 - 13:21 62

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.

 

Mərasimdə Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə boksçumuz Gülər Hüseynova (51 kq) və Oyunların taekvondo yarışlarının gümüş mükafatçısı Adil Kazımlı (-73 kq) daşıyacaqlar.

 

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi Atletlər Kəndindəki "Village Plaza”da keçiriləcək. Mərasimin noyabrın 13-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

 

Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdı. 

 

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. İdmançılarımızdan cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar.
Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (-73 kq) isə Oyunları gümüş medalla başa vurublar.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti