Bu gün dörd idmançımız Paris-2024-də mübarizə aparacaq
06 avqust 2024 1552
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Bu gün Azərbaycan komandasının 4 idmançısı mübarizə aparacaq. Təmsilçilərimiz güləş və atletika yarışlarında qüvvələrini sınayacaqlar.
Mübarizəyə ilk olaraq qadın güləşçimiz Mariya Stadnik (50 kq) çıxacaq. Dördqat Olimpiya mükafatçımızın ilk rəqibi almaniyalı Anastasiya Blayvas olacaq. Ardınca yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) xalça üzərinə çıxacaq. İdmançımızın ilk rəqibi bolqarıstanlı Aik Mnatsakanyan olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Digər yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq. Bürünc medal uğrunda görüş Bakı vaxtı ilə saat 22:05-də başlayacaq.
Bu gün həmçinin atletimiz Anna Skidan da final mərhələsində mübarizə aparacaq. Xatırladaq ki, 32 yaşlı idmançımız A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə saat 21:57-də start veriləcək.
Bənzər xəbərlər
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: 4 mərhələ, 4 fərqli qalib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında ... Ətraflı
AGF-də yeni Komitə təsis edilib
Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.
AGF-nin ... Ətraflı