Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
06 fevral 2026 - 10:20 536
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Məşhur “San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və bununla da Oyunlar rəsmən açıq elan ediləcək. Açılış mərasimi Olimpiya Oyunları tarixində yeniliklə yadda qalacaq. Belə ki, ilk dəfə olaraq iki Olimpiya məşəli alovlandırılacaq. Məşəllərdən biri Milanda Sülh Tağının yaxınlığında, digəri isə Kortina d’Ampetsoda Piatsa Dibona meydanında yerləşdiriləcək.
Qeyd edək ki, bu mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edəcək.
Xatırladaq ki, bu, Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında səkkizinci iştirakı olacaq. Ölkəmiz müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunub. Komandamızın indiyədək ən yüksək nəticəsi 2014-cü ildə Rusiyanın Soçi şəhərində qeydə alınıb.
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı