Bu gün kişi voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
22 aprel 2024 1100
Bu gün kişi voleybolçuların Yüksək Liqasında mövsümün son oyunu keçiriləcək.
Final qarşılaşmasında “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
“Azərreyl” yarımfinalda MOİK-i, “Murov Az Terminal” isə “Neftçi”ni məğlub edərək finalda oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Yüksək Liqada bürünc medalları MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” əldə edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı