Bu gün MOK ilə AVF birgə əməkdaşlığa dair niyyət protokolu imzalayıb
29 fevral 2024 697
Tədbirdə çıxış edən Şahin Bağırov bu günədək MOK-la birgə görülən işlərdən danışıb. Bir müddət əvvəl Bakıda FIVB-nin hakimlər üçün Level-3 seminarının keçirildiyini xatırladan Ş.Bağırov bildirib ki, bu seminar məhz MOK-un uğurlu fəaliyyətinə görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ölkəmizə həvalə edilib.
AVF rəhbəri voleybolun ölkəmizdə hər zaman sevilən idman növü olduğunu və bu sahədə bir sıra uğurlu nəticələrə imza atıldığını vurğulayıb.
Qeyd edib ki, qadınlardan ibarət millimizlə beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmış Faiq Qarayev yenidən yığmamıza baş məşqçi təyin olunub. Bu və digər görülən işlərin voleybolumuzun əvvəlki populyarlığını yenidən geri qaytaracağına inamını ifadə edib.
O, bu protokolun voleybolun daha da inkişaf etməsinə, professional və güclü voleybolçuların yetişməsinə mühüm töhfə verəcəyini bildirib. Ş.Bağırov olimpiya hərəkatı ilə bağlı bütün proseslərdə, məşqlərin gerçəkləşməsində, idmançıların təlim-məşq toplanışlarında iştirak etməsində, onların beynəlxalq turnirlərə göndərilməsi məsələlərində MOK-un dəstəyinin faydalı olacağını da qeyd edib.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı