Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi məlum olacaq
24 aprel 2025 629
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 2024-2025-ci illər mövsümünün qalibi məlum olacaq.
İkinci final qarşılaşmasında “Abşeron” və “Azərreyl” komandaları üz-üzə gələcək. Milli Gimnastika Arenasında reallaşacaq həlledici oyun saat 15:00-da başlayacaq.
İlk görüşdə “Abşeron” 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı