Bu gün qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə start verilib
15 aprel 2025 743
GİN-nin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya “Abşeron” və “Gəncə” komandaları çıxıblar. Oyun ilkin mərhələnin lideri “Abşeron” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinal mərhələsinin növbəti qarşılaşmasında “Milli Aviasiya Akademiyası” və “AZERRAIL” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu matçda “AZERRAIL”in 3:2 hesablı qələbəsi qeydə alınıb.
Beləliklə, “Abşeron” və “AZERRAIL” klubları yarımfinalda ilk qələbələrini qazanıblar.
Yarımfinalın ikinci oyunları aprelin 17-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.
Yarımfinal (birinci oyun)
15 aprel
“Abşeron” - “Gəncə” 3:1 (23:25, 25:18, 25:13, 25:18)
“Milli Aviasiya Akademiyası” - “AZERRAIL” 2:3 (12:25, 31:29, 21:25, 25:19, 14:16)
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı