Bu gün qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri bəlli olacaq
26 yanvar 2025 728
Bu gün qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri bəlli olacaq.
"Şahdağ" Turizm Mərkəzində "Misli"nin dəstəyi ilə keçirilən yarışda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21) və 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır. Azərbaycan voleybolu tarixində ilk dəfə təşkil olunan yarışın birinci günündə 8 oyun baş tutub.
Bu gün çempionatda 3-cü turun qarşılaşmaları, ardınca isə final və üçüncü yer uğrunda oyunlar olacaq. Ölkə çempionatı dairəvi sistem üzrə keçirilir. Yekun nəticəyə əsasən, ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə üçüncülük uğrunda oynayacaq.
Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi təşkil ediləcək.
Son oyun gününün proqramı
11:30. “Azərreyl” - U-21
12:15. “Murov Az Terminal” - “Gənclər”
14:30. 3-cü yer (qadınlar)
15:15. 3-cü yer (kişilər)
16:00. Final (qadınlar)
16:45. Final (kişilər)
Mükafatlandırma mərasimi
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi bütün yarışlar "Misli"nin dəstəyi ilə keçirilir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı