Bu gün voleybol üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşəcək
04 noyabr 2024 580
Bu gün voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda kişilər və qadınların mübarizəsində final matçları keçiriləcək.
Kişilərin turnirində həlledici oyunda "Azərreyl" klubu “Xilasedici” ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.
Qadınlarda isə "Gəncə" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcək. Bu görüş saat 18:00-da başlayacaq.
Final matçlarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi təşkil olunacaq. Oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı