Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək
20 iyul 2025 - 07:52 339
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək.
Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasim Skopyedəki Yan Sandanski İdman Mərkəzində baş tutacaq. Açılış mərasimindəki paradda Azərbaycan komandasının bayraqdarları cüdo uzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi Zeyd Ələsgərov və taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova olacaq.
Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.
Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak edəcəyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparacaqlar.
Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
İdmançılarımızın 12-si (6 oğlan, 6 qız) cüdo, 9-u (6 oğlan, 3 qız) atletika, 8-i (5 oğlan, 3 qız) taekvondo, 6-sı (3 oğlan, 3 qız) şose velosipedi, 2-si (1 oğlan, 1 qız) dağ velosipedi, 5-i (3 oğlan, 2 qız) üzgüçülük, 4-ü (1 oğlan, 3 qız) idman gimnastikası, 2-si (1 oğlan, 1 qız) badminton, 2-si (1 oğlan, 1 qız) atıcılıq, 2-si (1 oğlan, 1 qız) isə stolüstü tennis yarışlarında iştirak edəcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı