Buenos Ayres 2018: Alsu Bayramovadan növbəti lisenziya!
30 mart 2018 835
Buenos Ayres 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına bir ildən az müddət qalıb və Azərbaycan öz hesabına lisenziyaların sayını artırır. Azərbaycan üçün növbəti lisenziyanı üzgüçü Alsu Bayramova əldə etmişdir.
Alsu Bayramova 23-25 mart tarixlərində Slovakiyanın Jilina şəhərində keçirilmiş beynəlxalq üzgüçülük yarışında iştirak etmişdir. Bu yarışda Alsu yüksək nəticə göstərərək “butterfly” yarışlarında lisenziya əldə etmişdir. O 200 m. “butterfly” yarışlarında 2.19.29 nəticəsi ilə (668 bal) və 100 m. “butterfly” yarışlarında 1.03.76 (658 bal) nəticəsi ilə birinci yeri qazanmışdır.
Bu Azərbaycanın hesabına əlavə olan beşinci lisenziyadır. İdmançılarımız stol üstü tennis üzrə hər bir ölkəyə verilən iki yerə, iki üzgüçülük üzrə və bir bədii gimnastika üzrə lisenziya əldə ediblər.
Xatırladaq ki, Buenos Ayres 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları 6-18 Oktyabr 2018-ci il tarixlərində keçiriləcək. Oyunlarda 206 ölkədən 4000-ə yaxın idmançının iştirakı gözlənilir. Digərlərindən fərqli olaraq bu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında dörd yeni idman növü əlavə olub: dırmanma, rəqs idmanı, karate və roller.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı