Buenos Ayres 2018: Turan Bayramovun qələbəsi!
14 oktyabr 2018 878
Buenos Ayres 2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan ikinci qızıl medalını hesabına Turan Bayramov əlavə etdi.
65 kq çəki dərəcəsi ilə güləş idman növündə mübarizəyə qoşulan Turanın ilk rəqibi Yeni Zenlandiya təmsilçisi Ainsley Vesterli Pehi Tahi ilə mübarizəyə qoşulmuşdur. 10:0 hesabı ilə rəqibini məğlub edən Turanın ikinci rəqibi Pakistan təmsilçisi idi. O, bu yarışda da böyük hesab fərqi ilə (8:0) qalib gələrək A qrupunda birinci yerə layiq görülüb.
Turan Bayramovun sonuncu görüşü B qrupunun qalibi olan İranlı Məhəmməd Baqi Kərimiseyfabad idi. Burada bacarıq və istedadını nümayiş etdirən Turan 6:1 hesabı ilə qələbə qazandı. Beləliklə, Turan Bayramov Azərbaycanın hesabına ikinci qızıl medalı əlavə etdi.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı