Bukmekerler "McLaren" pilotlarını Azərbaycan Qran-prisinin favoriti hesab edirlər
15 sentyabr 2025 - 12:40 437
Bukmekerler "McLaren"in pilotu Oskar Piastrini qarşıdan gələn Azərbaycan Qran-prisinin favoriti hesab edirlər.
"F1News"ə istinadən, bukmekerler avstraliyalının Bakıda qələbəsini 2,75 əmsalla qiymətləndiriblər.
"McLaren"in digər pilotu Lando Norrisin qələbə şansı isə 2.85 əmsala bərabərdir.
Bakıda qələbə şansı yüksək olan ilk 5 pilot arasında Maks Ferstappen ("Red Bull") və "Ferrari"nin hər iki pilotu – Şarl Lekler və Luis Hemilton da var.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı