Bürünc medalçı: Turnir ölkəmizdə keçirildiyi üçün qalib olmaq istəyirdim
24 sentyabr 2023 102

“Böyük dəbilqə” turnirinə qızıl medal qazanmaq üçün qatılmışdım. Lakin tam yaxşı formada deyildim, ona görə də mübarizə aparmaq çətin oldu. Təbii ki, yarışda gərgin mübarizə hökm sürürdü.
Bu sözləri “Böyük dəbilqə” turnirinin bürünc medal mükafatçısı Zelim Kotsoyev deyib.
Cüdoçu bürünc medal əldə etdiyi üçün sevincli olduğunu bildirib: “Çox istərdim ki, paytaxtımızda qalib olub, keçən il qazandığım nailiyyəti yeniləyim”.
O, bir aydan sonra cüdo üzrə Avropa çempionatının keçiriləcəyini vurğulayıb: “Çempionata bütün gücümlə hazırlaşıram. Əlimdən gələni edəcəyəm ki, həmin yarışlarda qalib olub, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırım”.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı