Xəbərlər

Cavid Çələbiyev: "Məqsəd Olimpiadadan medalla qayıtmaq, Azərbaycanın bayrağını dalğalandırmaqdır"

10 iyul 2021 508

“Hazırlıqlar yaxşı gedir. Məqsəd Olimpiadadan medalla qayıtmaq, Azərbaycanın bayrağını dalğalandırmaqdır”.

Bunu Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarında -63 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuz Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə fikirlərini bölüşüb. Dünya çempionumuz Tokioya medal qazanmaq üçün yollanacağını deyib: “Olimpiadaya vəsiqə qazanmaq yolunda elə bir çətinliyim olmadı. Rəqiblərimə qalib gələrək lisenziya əldə etdim. Pandemiya da təlimlərə maneə yaratdı. Məşqləri istədiyimiz vaxt edə bilmirdik. Buna baxmayaraq, məşqlərimizdən qalmadıq. Nəticəsi də göz önündədir. Olimpiadada rəqiblər məndən qorxmalıdır. Təbii ki, bunu rinqdəki döyüşlər göstərəcək”.