Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək
16 aprel 2024 713
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. İlk oyun günündə yarımfinala vəsiqə qazanacaq iki komandanın adına aydınlıq gələcək. Gecənin maraqla gözlənilən oyunlarından biri İspaniyada təşkil olunacaq. Kataloniya təmsilçisi “Olimpik Lyuis Kompanis” stadionunda Fransada 3:2 hesabı ilə qalib gəldiyi PSJ klubunu qəbul edəcək. Xavi Heranandesin komandası bu oyunda üstünlüyünü qoruyacağı təqdirdə adını yarımfinal mərhələsinə yazdıracaq.
Gecənin digər oyunu isə Almaniyada təşkil olunacaq. Bundestim təmsilçisi “Borussiya” (Dortmund) “Siqnal İduna Park” stadionunda İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. Bu komandalar arasında Madriddə keçirilən ilk oyun Dieqo Simeonenin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Məlumat üçün bildirək ki, bu mərhələnin digər iki oyunu aprelin 17-də təşkil olunacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı