CEV prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət edib
24 aprel 2025 532
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi və ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına yollanıblar. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



