Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb
18 fevral 2025 625
Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatının əsas mərhələsində iştirak edib.
Voleybol Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan və Litva 1, Estoniya 2, Latviya isə 12 komanda ilə mübarizə aparıb. Yarış qrup və play-off mərhələsindən ibarət olub. Azərbaycan açıq çempionatda gənc voleybolçular - Məhəmməd Aslanlı və İbrahim Məmmədov cütü ilə təmsil olunub. Bütün rəqiblərinə qalib gələn təmsilçilərimiz yalnız final matçında ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq, yarışın gümüş medallarını qazanıblar.
Qeyd edək ki, milli komanda latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı