Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku (CEV Beach Volley European Cup) keçiriləcək
02 oktyabr 2024 1174
Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Fransanın Montpellier şəhəri ev sahibliyi edəcək. 10-13 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda ölkəmizi “AZERRAIL” klubunun qadın və kişi komandaları təmsil edəcək.
Qaydalara əsasən yarışda iştirak edən hər klub 2 komanda ilə və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər. Qrup birinciləri birbaşa yarımfinala yüksəlir. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.
Qeyd edək ki, 2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı